Gədəbəydə kütləvi zəhərlənmə, 22 nəfər xəstəxanaya yerləşdirildi

Gədəbəydə kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 23-də Gədəbəy rayonunun Çalburun kəndi ərazisində baş verib. Kənd sakinlərindən 22 nəfəri (onlardan 11-i azyaşlı olub) qidadan (tutdan) zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri qənaətbəxşdir.
Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31