Bakıda iki nəfəri bıçaqlayan mütəşəkkil dəstə Sumqayıtda yaxalandı

Bakıda iki nəfəri bıçaqlayıb qaçan müəşəkkil dəstə dərhal yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bıçaqlanma hadisəsi iyunun 14-də baş verib. Bakı şəhər sakinləri Kamran Əsədli və Şamxal Mehdiyev ağır bıçaq xəsarətləri ilə "Azərsutikinti" Xəstəxanasına gətirilib. Yaralılar dərhal əməliyyat olunsa da, hadisəni törədən şəxslər tapılmayıb. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləıri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin kimliyi müəyyən edilib. Müəyyən olunub ki, hadisəni törədən şəxslər Bakı şəhər sakinləri Elnur Məmmədov və Kənan Nuriyevdir. Onlar iyunun 18-də Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31