Bakıda 31 yaşlı kişi bıçaqlanıb
O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
24 May 2013 14:34 KriminalBakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 124 ünvanının qarşısında Göyçay rayon sakini, 1982-ci il təvəllüdlü Emin Eyyubov bıçaqlanıb. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs və ya şəxslər hələlik məlum deyil. Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31