Nərimanovda köşk, Sumqayıtda çən yanıb
24 May 2013 13:02 KriminalBakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 20 kv.m olan vaqon tipli köşk yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı köşkün yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Yaxınlıqdakı kafe yanğından mühafizə olunub. Sumqayıt şəhərində isə sökülməkdə olan 50 kubluq çənin içərisində istehsalat qalıqları yanıb. Yaxınlıqdakı çənlər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31