"Pul verin, sizi neft şirkətinə işə düzəldim..."
Paytaxt polisi dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən Masallı rayon sakinini saxlayıb
24 May 2013 11:09 KriminalPaytaxt polisi dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən Masallı rayon sakinini həbs edib. Əvvəlcədən tanıdığı insanların etibarından sui-istifadə edərək müxtəlif vəzifələrə işə düzəltmək bəhanəsilə onlardan pul alan 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu Suraxanı rayon polis idarəsi 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Vaxtaşırı öz vədinə əməl etməyib və hər dəfə də sakitcə aradan çıxaran Zaur Məmmədov yeni qurbanlar axtarırmış.Şübhəli şəxs Suraxanı sakini, zərərçəkmiş Quliyeva Mehriban Namiq qızının polisə etdiyi rəsmi müraciətdən sonra saxlanılıb. Məlumata görə, Zaur bankların birindən böyük məbləğdə kredit pul çıxartmaq vədi ilə onun 500 manatını alıb. Başqa bir məlumatda isə Zaurun bəzi vətəndaşları Dövlət Neft Şirkətinə işə düzəldəcəyi bəhanəsilə onların pullarını mənimsədiyi bildirilir.Araşdırmalar zamanı saxlanılan 36 yaşlı Zaur Məmmədovun paytaxtın başqa rayonlarının ərazisində eyni üsulla vətəndaşları aldatdığı məlum olub. Ancaq Məmmədovun bütün ittihamlara cavabı yenə də dəyişmədi."Hamısı tanıdığım adamlar olub. Aldatmamışam. Mən pul almamışam. Kompüter almışam. Sənədlə, vəsiqə ilə. Sonra pulun yarısını qaytarmışam. Nağd pul söhbəti olmayıb", - deyə saxlanılan şəxs verdiyi ifadədə bildirib.Faktla bağlı araşdırmalar aparılır. Polis saxlanılan Zaur Məmmədovun dələduzluq əməllərindən zərərçəkmiş şəxslərin arta biləcəyini istisna etmir.