Bakı-Quba yolunda qəza: 3 ölü

Bu gün axşam saatlarında Bakı-Quba yolunda, Sumqayıt Texnologiya Parkı yaxınlığında bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, "KAMAZ" markalı yük maşını "10 VC 259" dövlət nömrə nişanlı "VAZ" markalı minik avtomobili ilə toqquşub.
"KAMAZ"-ın "VAZ" markalı avtomobili əzməsi nəticəsində 3 nəfərin öldüyü bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31