Bir həftəlik azadlığa çıxıb arvadını öldürən yenidən məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini, 40 yaşlı Rövşən Məmmədovun məhkəməsi başlayıb. "OLAYLAR"ın məlumatına görə,  hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə işç üzrə ittiham aktı elan olunub və təqsirləndirilən şəxs ifadə verib. .
İttihama görə, ötən ilin dekabrın 14-də Rövşən Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 37 yaşlı Nigar Məmmədovanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib. R.Məmmədov hadisəni törətdikdən sonra Bakıda qohumlarının evində gizlənib. Araşdırmalar zamanı məlum olub ki, Rövşən hadisədən cəmi 1 həftə əvvəl azadlığa çıxıb. Rövşən Məmmədov əvvəllər narkotik satışına görə məhkumluq həyatı yaşayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31