DİN Binəqədidə marşrut avtobusunun qəza törətməsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunun qəza törətməsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 22-də saat 21.40 radələrində Binəqədi şosesində baş verib. Bakı şəhər sakini Aslan Əliyev idarə etdiyi  "Daevoo" markalı avtomaşınla yolu keçən həmyerlisi Balabəy Qasımovu və Saatlı rayon sakini Xanbala Mirzəyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb, X.Mirzəyevin vəziyyəti isə orta-ağırdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31