Paytaxtda 3 kilodan artıq narkotika satan ələ keçdi
23 May 2013 14:53 KriminalBakıda külli miqdarda narkotika alveri ilə məşğul olan şəxs ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, narkotika alverçisi paytaxtın Xətai rayonu ərazisində yaxalanıb. Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Agaverdi Fərəcovdan 3 kiloqram 10 qram həşiş qətranı götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31