Təfəkkür Universitetinin rüşvətxor dosenti məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Təfəkkür Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüsbeh Rüstəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumazt verilib. İş üzrə məhkəmə baxışı iyunun 27-nə təyin edilib.
Ittihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində R.Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi, 19 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında rüşvət alarkən tutulub.
Müəyyən edilib ki, Bakı şəhər sakini Baş Prokurorluğa müraciət edərək Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüzbeh Rüstəmovun həmin universitetin Nəqliyyat fakültəsinin dördüncü kursuna qəbul etdirmək üçün ondan 15 min manat pulu rüşvət olaraq istəməsini göstərib. O, Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31