Minaya düşən zabitimizin səhhəti normallaşıb

Zahir Məmmədov reanimasiyadan palataya köçürülüb

İyunun 9-dan 10-na keçən gecə minaya düşən Azərbaycan Ordusunun zabiti, Müdafiə Nazirliyinin Goranboydakı "N" saylı hərbi hissəsinin Mühəndis-İstehkam Xidmətinin rəisi Zahir Məmmədovun səhhəti normallaşmağa başlayıb. Bu barədə "OLAYLAR"a Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalından məlumat verilib. Məlumata görə, zabitin vəziyyəti normallaşmaq üzrədir. Zahir Məmmədov artıq hospitalın reanimasiya şöbəsindən palataya köçürülüb.  Artıq müalicələr müsbət effekt verir.  Zahir Məmmədov minaya düşəndən sonra sol ayağı diz oynağından aşağı amputasiya edilib. Hospitaldan bildiriblər ki, amputasiya olunan ayağında yaralar tam sağalandan sonra zabitin ayağında protezləşmə də burada aparılacaq.

Qeyd edək ki, iyunun 9-da Goranboydakı "N" sayklı hərbi hissənin ərazisində Mühəndis-İstehkam Xidmətinin rəisi Zahir Məmmədov və bölük komandiri İlqar Verdiyev minasya düşmüşdü. Hər iki zabit hospitala yerləşdirilsə də, İlqar Verdiyevin həyatını xilas etmək mümkün olmamışdı. İyunun 13-də İlqar Verdiyev dünyasını dəyişib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31