Bakıda qadına qarşı cinayət hadisəsi

Bakı şəhərinin Nərimanov rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə. Mayın 22-də 2 nəfər naməlum şəxs paytaxt sakini, 1974-cü il təvəllüdlü Abdullayeva Yelena Vladimirovnaya yaxınlaşıb. Həmin şəxslər qəfil qadının əlindəki çantanı dartıb alıblar. Dərhal hadisə yerindən yayınan soyğunçular çanta ilə birlikdə 80 manat pul, 2 mobil telefon və 6 bankomat kartı aparıblar. Hazırda fakt əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31