Çeçen fəxri konsul öldürüldü

Mədət Ünlünün qətlinin onun son bəyanatları ilə bağlı olduğu ehtimal edilir

Çeçenistanın Türkiyədəki İçkeriya üzrə fəxri konsulu sui-qəsd nəticəsində öldürülüb. Fəxri konsul Mədət Ünlü Ankarada öz ofisində naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. ANS PRESS-in İHA-ya istinadən verdiyi məlumata görə, çeçen fəxri konsulunun öldürülməsinin motivlərini araşdıran polis sui-qəsdin onun ən son bəyanatları ilə bağlı ola biləcəyini istisna etmir.Belə ki, Mədət Ünlü ötən ay iştirak etdiyi bir televiziya proqramında ABŞ-da Boston marafonunda terror aktı ilə bağlı danışmış, çeçen xalqının adının terrorizmlə bərabərləşdirilməyə çalışanların olduğunu, Boston partlayışını törətməkdə şübhəli bilinən iki çeçen qardaşın da qurban olaraq seçildiyini demişdi.Ankara Baş Polis İdarəsi çeçen fəxri konsulunun qətli ilə bağlı genişmiqyaslı istintaq başladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31