İranda alimlərin 20 qatili tutulub
18 İyun 2012 18:01 Kriminalİranda nüvə fizikləri Əhmədi Rövşən və Məcid Şəhriyarinin qətlə yetirilmələri ilə bağlı aparılmış araşdırmalar nəticəsində ən azı 20 nəfər həbs olunub. Milli.Az AFP-yə istinadən bildirir ki, rəsmi Tehran fizikləri sui-qəsd və terraktlar nəticəsidə qətlə yetirilmələrinin arxasında ABŞ ilə İsrailin xüsusi xidmət orqanlarının durduğunu bildiriblər. "Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi həmişə İrana düşmən olmaqla yanaşı, texnoloji inkişafımıza mane olmağa çalışıblar", - İranın DİN başçısı Mustafa Məhəmməd Nəcar deyib. İranın xüsusi xidmət orqanları bildirirlər ki, həbs edilən şəxslər 2010-2012-ci illərdə iranlı alimlərə qarşı sui-qəsdləri planlayaraq terraktları həyata keçirmiş terrorçu qrupun üzvləridirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31