Mobil telefon və mobil telefonlara aid aksesuarlar

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Fəqan Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "OLaylar"a verilən məlumata görə, baxış zamanı həmin avtomobildən "Nokia 200", "Nokia 1280", "Nokia Asha 305", "Nokia Asha 308", "X202", "Kenxinda M-2", "Samsung C3322" və "Samsung C3782" markalı, cəmi 60 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 60 ədəd akkumlyator, 60 ədəd qidalandırma cihazı, 60 ədəd karton qutu, 40 ədəd "qulaqcıq" və 5 ədəd USB kabel aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31