Abşeronda mağaza yandı

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasında yanğın baş verib. Yanğın zamanı mağazanın tavanı 15 kv.m sahədə, içərisində olan rəf, üzərinə yığılmış dəftərxana ləvazimatları 6 kv.m sahədə yanmış və yüksək temperaturdan 2 ədəd soyuducu ərimişdir. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31