Ermənistan müharibəyə hazırlaşır?

Rusiyanın bu ölkədəki bazasında qış dövrü ərzində 400 təlim tapşırığı yerinə yetirilib

 Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilmiş hərbi birləşmələrinin keçirdikləri hərbi təlimlər yekunlaşıb.ANS PRESS-in Ermənistan mətbuaına istinadən verdiyi məlumata görə, motoatıcı hərbi hissələrdən birində baş tutan təlimlərə qondarma Dağlıq Qarabağ qüvvələrinin general-mayoru Armen Kaqramyan başçılıq edib.Ermənistan mətbuatının yaydığı digər məlumatda bu ölkədəki Rusiya bazasının Hava Hücumundan Müdafiə Qüvvələrinin qış dövrü ərzində 400 təlim tapşırığı yerinə yetirdiyini və batareya və divizionların 70-dən çox döyüş və yoxlama atışlarını həyata keçirdikləri bildirilir. Təlimlər zamanı 2 minədək müxtəlif tip hərbi sursatın istifadə olunduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31