Xırdalanda avtomobil sexi yandı
Sexdə olan bir avtomobil və avadanlıqlar külə döndü
18 İyun 2012 16:52 KriminalAbşeronda avtomobil təmiri sexində qəfil yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə, təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri və 1 ədəd kompüter yanıb. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31