Ucarda gecə vaxtı ev və tövlə yandı

Ucarda tələfatla nəticələnən yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyun saytına istinadən yaydığı məlumata görə, hadisə Ucar;n Lək kəndində (rayon mərkəzindən 20 km aralı) baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 68 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanıb, tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olub. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31