Xaçmazda dəhşətli qəza

3 nəfər öldü, 2 nəfər ağır yaralandı

Xaçmazda 3 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayon ərazisində, Qəndob-Yalama yolunun 14-cü kilometrliyində "QAZ", "Hyundai" və "VAZ" markalı 3 minik avtomobili toqquşub. Nəticədə, "QAZ" markalı avtomobilin sürücüsü - 1964-cü il təvəllüdlü Vəliyəddin İsmayıl oğlu Əliyev, 2 nəfər sərnişini - 2008-ci il təvəllüdlü İsmayıl Vəliyəddin oğlu Əliyev və Məmmədəli Məhəmməd oğlu Məmmədov ölüb, 2 nəfər sərnişini yaralanıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər sıxılmış vəziyyətdə qalmış yaralıları və cəsədləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 20:55-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31