Avtomobildə marixuana aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda, İran İslam Respublikası ərazisindən tranzit keçməklə, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Nicat Quliyevin idarə etdiyi "VAZ-21154" markalı minik avtomobilinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin avtomobildə 2 ədəd bükümdə, ümumi miqdarı 380,8 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31