Bakıda mənzildən 25 min manatlıqqızıl oğurlandı

Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb

Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Emil Zeynalov polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 25 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31