DİN polisin törətdiyi dəhşətli qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakı-Şamaxı yolunda polis əməkdaşının ağır yol qəzası törətməsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 19-da Şamaxı rayonu ərazisində baş verib. Bakı şəhər sakini Səbuhi Əsgərov xidmətdən kənar vaxtı idarə etdiyi "Land Rover" markalı avtomaşını yolun kənarındakı hasara vurub.  Nəticədə S.Əsgərov və sərnişinlərindən Bakı şəhər sakinləri Fərhad İbrahimli və Rəfayel Rzayev hadisə yerində ölüb, xəsarət almış digər sərnişinləri, Bakı şəhər sakinləri Orxan Məmmədov və Kamal Qurbanov xəstəxanaya yerləşdiriliblər. İlkin yoxlama prokurorluq tərəfindən aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31