Bakıda mənziildən odlu silah oğurlandı

Bakıda oğru mənzildən odlu silah oğurlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 18-də baş verib. Binəqədi rayon sakini Namiq Əkbərovun evindən pəncərədən girmək yolu ilə 2 ədəd televizor, 1 ədəd qol saatı və 1 ədəd müvafiq sənədləri olan ov tüfəngi ogurlanıb.  Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Fətəliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31