İmişlidə dəhşət, ana və oğul faciəli halda öldü

İmişlidə ana və oğlu yol qəzasında ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 19-da saat 17.00 radələrində baş verib. İmişli rayonunun Rəsullu kəndi ərazisində Göbəktala kənd sakini Asim Əsədovun idarə etdiyi "Mercedes" markalı və Bəcirəvan kənd sakini Firudin Mecdunovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə F.Mecdunovun sərnişinləri, Bəciravan kənd sakinləri Maral Məmmədova və onun oğlu Daməd hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişini Elməddin İbadov, habelə A.Əsədov və onun sərnişini Fərhad Atayev xəstəxanaya yerləşdiriliblər.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31