Bakıda daha bir uşaq bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 14-də Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, azyaşlı Bahar Nəhmətovanın üstünə qaynar su tökülüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Nəhmətova mayın 18-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31