Elektrik işləyən şəxs iş başında öldü

Bakı şəhər sakini Niyaz Hacıyev elektrik cərəyanı vurması nəticəsində ölüb

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 18-də Ramana qəsəbəsi 1-ci mədənin ərazisindəki Elektrik Paylaşdırıcı Qurğusunda elektrik işləyən Bakı şəhər sakini Niyaz Hacıyevi elektrik cərəyanı vurub.

Nəticədə Hacıyev hadisə yerindəcə ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31