Sumqayıtda yanğın: 15 nəfər təxliyə edilib

Bu gün Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kvadrat metr olan üçotaqlı mənzilin 1 otağında ev əşyaları 3 kvadrat metr sahədə yanıb. Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31