Bakıda qətl: 20-yə yaxın bıçaq zərbəsi - YENİLƏNİB

Bakının Nəsimi rayonu ərazisində qətl olub

Nəsimi Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Mirəli Həqizadəyə 20-yə yaxın bıçaq zərbəsi vurulub. Onun kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

---------
10:10

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, bir neçə gün əvvəl ağır bıçaq xəsarəti ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilmiş 37 yaşlı Mirəli Həqizadə orada dünyasını dəyişib.

M.Həqizadə mayın 8-də saat 01 radələrində Ənvər Qasımzadə küçəsi 72 saylı ünvanın qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Ona çoxsaylı zərbələr vuran şəxs hadisə yerindən qaçıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31