Xalidə Xalidin qızı: "Sözün açığı məlumatsızıq..."
“Anamın azadlığa buraxılmasını təsadüfən televiziyadan eşitdik”
19 May 2013 20:02 Kriminal"Anamın azadlığa buraxılmasını təsadüfən televiziyadan eşitdik. Sevincimizin həddi-hüdudu yoxdur". Bu sözləri Modern.az saytına Xalidə Xalidin qızı Ləman Məmmədova deyib. Xalidə Xalidin azadlığa buraxılmasını ilk dəfə televiziyadan eşitdiklərini bildirən L.Məmmədova hələlik bununla bağlı rəsmi məlumatın verilmədiyini qeyd edib."Hələ anamın azadlığa buraxılması haqda bizə rəsmi açıqlama verilməyib. Gözləyirik. Rəsmi qurumlarla əlaqə saxlamışıq. Onlar gün ərzində bizə məlumat verəcəklərini bildiriblər. Hazırda anamın harada olmasından sözün açığı məlumatsızıq. Bir daha anamın azadlığa buraxılmasında köməklik edən hər kəsə dərin təşəkkürümüzü bildiririk", - deyə L.Məmmədova bildirib.
Qeyd edək ki, İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov bu gün azadlığa buraxılıb.