Təbrizə gedən avtobus qəzaya uğrayıb: 6 ölü

Qəzaya sürücünün qəfildən idarəetməni itirməsi səbəb olub

İstanbuldan İranın Təbriz şəhərinə gedən avtobus Karlıyayla kəndi yaxınlığında qəzaya uğrayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində də 6 nəfər ölüb, 12 nəfər yaralanıb. Qəzaya sürücünün qəfildən idarəetməni itirməsi səbəb olduğu bildirilir. Yaralılardan 4 nəfərinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31