Avtobus minik maşını ilə toqquşdu: 2 ölü, 3 yaralı

Bakının mərkəzində sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 3 nəfərin vəziyyəti isə orta-ağır olaraq qalır.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, kəskin ağır vəziyyətdə xəstəxanaya daxil olmuş Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbə sakini 40-42 yaşlı Popov Aleksandr Pavloviç, həkimlərin səyinə baxmayaraq, aldığı ağır yaralardan keçinib. Qəza zamanı 3 nəfər xəsarət alanların şəxsiyyəti müəyyən olunub. Bunlar Hövsan qəsəbə sakinləri, 1992-ci il təvəllüdlü Əsədov Ramin Xalıq oğlu, 1963-cü il təvəllüdlü Qafarov Elman Ellər oğlu və Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Ələsgərov Hüseyn Namaz oğludur.

Qəza nəticəsində hadisə yerində ölən şəxsin adı dəqiqləşdirilir.     

**** 20.05
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, yol qəzası Nəsimi rayonu, 28 may küçəsi 78-də baş verib. 30 saylı sərnişin avtobusu "Mercedes" markalı avtomobillə toqquşub. Qəza zamanı bir nəfər hadisə yerində dünyasını dəyişib.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya gətirilib. Xəsarət alanlardan 1-nin vəziyyəti kəskin ağır, digər 3-nün vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Ölən və xəsarət alanların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31