Bir ağac 30 nəfəri öldürdü
Ağac bazardakı alıcı -satıcıların üzərinə aşıb
18 May 2013 11:09 KriminalNigeriyada bir ağac 30 nəfərin ölümünə səbəb olub. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, aşan ağacın altında qalan daha 16 nəfər yaralanıb.Hadisəyə səbəb leysan yağışları və qasırğa olub. Nəhəng ağac axşam bazarındakı satıcı və alıcıların üzərinə aşıb. Hadisə nəticəsində kənd bələdiyyəsinin binasına da ziyan dəyib.Qeyd edək ki, 2011-ci ildə Nigeriyada ildırım çaxması zamanı aşan ağac keçmiş ədliyyə nazirinin iqamətgahınsa onun arvadının ölümünə səbəb olmuşdu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31