Azərbaycanda hərbçilər qəzaya uğradılar: 4 ölü, xeyli sayda yaralı

Hərbçilərdən ikisinin vəziyyəti daha ağır olduğu üçün helikopterlə Bakıya göndəriləcək

Bu gün səhər saatlarında Bakı-Quba Rusiya yolunun 179-cu km-də hərbçilər dəhşətli qəzaya uğrayıblar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, "RAF" markalı maşının Atuc kəndi yaxınlığında idarəetməni itirərək yolun sağ tərəfində çinar ağacına çırpılaraq aşıb. Quba polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Rövşən Turabovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 7 hərbçi yaralanıb.Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin hərbçilərdən ikisinin vəziyyəti daha ağır olduğu üçün onlar helikopterlə Bakıya göndəriləcək.Hadisə ilə əlaqədar Hərbi prokurorluqda araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31