Film festivalında 1 milyon dollarlıq qarət
Kann festivalında aktyorların istifadə etməsi üçün icarəyə götürülən zinət əşyaları oğurlanıb
18 May 2013 07:42 Kriminal66-cı Kann film festivalında dünya ulduzlarının istifadə etməsi üçün sponsor firma tərəfindən icarəyə götürülən zinət əşyaları oğurlanıb. İsveçrənin "Chopard" firmasının hazırladığı zinət əşyaları festivalın 2-ci günü şirkətin amerikalı əməkdaşının otağından götürülüb. Festival rəsmiləri isə açıqlama verərək oğurlanan zinət aşyaları arasında "Qızıl Palma" mükafatının olmadığını, bu mükafatın təhlükəsiz bir yerdə olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31