Təranə Qumral məhkəməyə hazırlaşır

Müğənni Nərimanov Rayon Məhkəməsinə müraciət edib

Milli.Az xəbər verir ki, yaşadığı ailə qalmaqalı ilə gündəmdə olan tanınmış estrada müğənnisi Təranə Qumral həyat yoldaşı Musa Musayevin qardaşlarını məhkəməyə verib.Bu barədə oxucularımızı müğənninin özü məlumatlandırdı: "Bütün işlərlə vəklimiz məşğul olur. Musanın qardaşları Cabbar və Əli olmazın şər-böhtanı mənə yaxdıqları üçün Nərimanov Rayon Məhkəməsində hakim qarşısında cavab verəcəklər".Təranə onu da bildirdi ki, o, bir neçə informasiya agentliyini də şişirdilmiş xəbərlər yayımladıqları üçün məhkəməyə cəlb olunmasına çalışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31