“Vita 1000” şirəsindən telefon çıxdı

Penitensiar xidmətin və 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 128; 120.2.1; 120.2.4; 67.4; 66.1 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay 26gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sənan Xəqani oğlu Misirova qohumu Səttar Nazim oğlu Mustafayevin gətirdiyi sovqata baxış keçirilən zaman çantada olan "Vita 1000" markalı şaftalı şirəsinin içərisində gizlədilmiş, sellofana bükülmüş 1(bir) ədəd "Sony Ericson" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31