AMEA-nın bağında faciəli ölüm
30 yaşlı oğlan beton plitənin altında qaldı
18 İyun 2012 12:45 KriminalBakıda Milli Elmlər Akjademiyasının bağında ölüm hadisəsi baş verib. Bu barədə Yasamal rayon Prokurorluğu məlumat yayıb. "OLAYLAR"ın prokurorluğa istinadən yaydığı məlumata görə, hadisə Hüseyn Cavid prospekti, 31 ünvanında baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının bağında təmir işləri ilə əlaqədar yararsız tikintinin sökülməsi zamanı 3 metr hündürlükdə olan beton plitə orada fəhlə işləyən, 1982-ci il təvəllüdlü Həsənov Zaur Fikrət oğlunun üstünə düşüb. Beton plitənin altında qalan fəhlə hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
p
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31