Masallıda dəhşətli qəza

4 maşın toqquşdu, 3 nəfər öldü, 4 nəfər ölümçül yaralandı

Masallıda 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən məlumata görə, hadisə Masallı-Yardımlı yolunun 4-cü kilometrliyində, Ərkivan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Qocayev Əbil Ariz oğluna məxsus "VAZ-2107" markalı, 90-MZ-048 dövlət qeydiyyat nişanlı, minik avtomobili, Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Əliyev Namiq Mayılxan oğluna məxsus "VAZ-2107" markalı 90-XH-713 dövlət qeydiyyat nişanlı, Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Allahyarov İmanqulu Qardaş oğluna məxsus "VAZ-2107" markalı, 90-MC-622 dövlət qeydiyyat nişanlı minik avtomobilləri biri-biri ilə toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlər, Masallı rayon sakini,1985-ci il təvəllüdlü Məmmədov Bağır Qadir oğlu, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Rzayev Xəyal İlqar oğlu, Yardımlı rayon sakini 1990-cı il təvəllüdlü Əliyev İsgəndər Rasim oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Bağır  Məmmədovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən, qalan meyitlər vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılaraq aidiyatı üzrə təhfil verilib. Avtomobillərin sahibləri isə müxtəlif  bədən xəsarətləri ilə təcili tibbi yardım tərəfiindən Masallı rayon mərkəzi xəstəxanasına aparılıblar. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31