Bakıda marşrut avtobusu yandı

Bakıda sərnişin avtobusu marşrut xəttində yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydiği məlumata görə, hadisə mayın 16-da saat 11.00 radələrində Yasamal rayonu Moskva prospektində baş verib. Bakı şəhər sakini Elçin Həsənovun idarə etdiyi "Otoyol-İveco" markalı avtobusda yanğın baş verib. Nəticədə avtobusun yanar konstruksiyaları yanmış, xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31