Bir gündə 7 nəfər dənizdə batdı

6 nəfər xilas olundu, bir nəfər boğulub öldü

Bir gündə Azərbaycanda 7 nəfər çimərkən boğulmaq təhlükəsilə üzləşib. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən  məlumat verilib. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan  məlumata əsasən, Bakı şəhər, Xəzər rayonu ərazisində dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Həmin gün  Xəzər rayonu ərazisində dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşib. Bununla yanaşı, Xəzər rayonu ərazisində dənizdə ("Zaqulba" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən 1 nəfər, 1993-cü il təvəllüdlü 1 nəfər Mingəçevir su anbarında,  ("Mingəçevir" sularda xilasetmə məntəqəsinin ərazisində), Sabunçu rayonu ərazisində dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) də bir nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşiblər. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri batmaqdan qurtarsa da, Quba rayonu Digah kəndi ərazisində su hövzəsinə batan 1996-cı il təvəllüdlü Məlikməmədov Nicat Elçin oğlunun həyatını xilas etmək mümkün olmayıb. Adıçəkilən şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb  aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31