Bakıda iki əl qumbarası aşkarlandı

Bakının mərkəzində küçədən qumbara tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLA R"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilərək aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirərkən müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası eyni zamanda həmin əl qumbarasını işə salan 1 ədəd partlayıcı (UZRQM) və 1 ədəd RQD-5 markalı əl qumbarasıdır. Aşkarlanmış qumbaralar aidiyyəti üzrə təhvil verilib, xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31