Bakının Xətai rayonunda qadını maşın vurub . Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, mayın 16-da axşam saatlarında 39 yaşlı Pərviz Mehbullayev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə yolu keçmək istəyən qadını vurub.
Nəticədə piyada qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31