Bakıda ata-oğul qatil oldu
Seyidəliyevlər iki qardaşı parkda qətlə yetirdi
18 İyun 2012 11:52 KriminalBakıda ata oğlu ilə birlikdə iki qardaşı qətlə yetirib. Bu barədə "OLAYLAR"a Qaradağ rayon Prokurorluğundan məlumat verilib. Hadisə iyunun 17-də səhər saatlarında rayonun Lökbatan qəsəbəsində baş verib. Qəsəbə ərazisindəki Heydər Əliyev adına parkda Cəbrayıl rayonunda anadan olmuş, 1962-ci il təvəllüdlü Sahib Seyidəliyev və oğlu, 1991-ci il təvəllüdlü Yasin Seyidəliyev qəsəbə sakinləri Məmməd Nuriyev və onun qardaşıVəkil Nuriyevlə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Sahib və Yasin iki qardaşı bıçaqla qətlə yetiriblər. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qatil ata və oğul saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.7-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb. Hadisənin hansı mübahisə zəminində baş verdiyi məlum deyil.