DİN Qobustanda baş verən avtomobil qəzası ilə bağlı rəsmi məlumat yaydı
16 May 2013 14:07 KriminalQobustan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 15-də saat 15.00 radələrində Qobustan rayonu ərazisində Hacıqabul rayon sakini Vəli Qasımovun idarə etdiyi "KamAZ" markalı avtomaşınla İsmayıllı rayon sakini Nadir Bəhyəddinovun idarə etdiyi "Hyundai" markalı avtobus toqquşub.
Nəticədə avtobusun sürücüsü Bəhyəddinov hadisə yerində ölüb. Avtobusun xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Zöhrə Məhərrəmova və Bəhruz Əliyev isə xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31