Bakıda bədbəxt hadisə
60 yaşlı kişi 8 metrlik su çəninə yıxılıb ölüb
23 Aprel 2012 16:44 KriminalBakıda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Nazirliyə daxil olan məlumata görə, rayon ərazisində 1 nəfər su çəninə düşüb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1952-ci il təvəllüdlü Cəfər Sirac oğlu Əhmədov dərinliyi 8 metr, diametri 1,2 metr olan su çənindəki nasosu təmir edərkən istifadə etdiyi nərdivan qırılıb və o, yıxılaraq xəsarət alıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə C.Əhmədovu çəndən çıxarıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri hərəkətsiz vəziyyətdə olan Cəfər Əhmədovu müayinə edərkən onun vəfat etdiyini müəyyən edilib. Əməliyyat saat 05:07-də başa çatıb.