Masallıda silahlı insident

29 yaşlı kişi güllə yarası alıb

Masallıda 29 yaşlı kişi güllələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şatroba kəndində 1984-cü il təvəllüdlü Nicat Mirzəcanov ayaq nahiyəsindən güllə yarası alıb. N.Mirzəcanov ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31