Qazaxda 4 otaqlı ev yandı

Qazax  rayonu, İkinci Şıxlı kəndində  vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı mənzildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından  mühafizə  olunub. Zaqatala rayonu, Bazar kəndində isə transformatorun yanar hissələri və yaxınlıqda olan 1 ədəd elektrik dirəyi qismən yanıb. Yaxınlıqda olan yaşayış evləri yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31