Daxili orqanında narkotik keçirmək istədi
16 May 2013 13:31 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Nizami Əliyevin üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 87,488 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 8,570 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31