Milli Ordunun əsgəri həlak olub

Azərbaycan Ordusu daha bir əsgərini itirib

Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.Hadisə ilə əlaqədar araşdırma aparılır.Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31